Qızılca xəstəliyinə yoluxanların sayı 4 dəfə artıb

Bütün dünyada qızılca xəstəliyinə yoluxanların sayı 4 dəfə artıb. Bunu Ümumdünya səhiyyə təşkilatı quruma üzv ölkələrin təqdim etdiyi ilkin məlumatlara istinadla açıqlayıb.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, məlumata əsasən, 2019-cu ilin ilk 3 ayında dünyada qızılcaya tutulanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 faizdən çox olub. Bu gün qızılca virusu Konqo Demokratik Respublikasında, Efiopiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Madaqaskar, Myanma, Fillippin, Sudan, Tailand və Ukraynada qeydə alınıb.

 

Bundan başqa, son zamanlar bu xəstəliyə yoluxma hallarının sayının kəskin artması ABŞ, İsrail, Tailand və Tunisdə müşahidə də olunur.  Qeyd edilir ki, həmin ölkələrdə xəstəlik peyvənd edilməyən insanlar arasında daha çox yayılır.

 

Bu ilin əvvəlindən 170 ölkədə 112 163 qızılcaya yoluxma faktı qeydə alınıb. 2018-ci ilin müvafiq dövründə 163 ölkədə 28 124 fakt qeydə alınmışdı. Xəstəliyə yoluxma Afrika ölkələrində 700, Amerikada 60, Avropada 300, Şərqi Aralıq dənizi regionunda 100 faiz təşkil edib.

 

Qızılca 2017-ci ildə dünya miqyasında 110 min nəfərə yaxın insanın həyatına son qoyub.

 

 

(Visited 62 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir