Qızılca bu ölkədə 136 nəfəri öldürdü

Qızılca epidemiyası Filippində artıq 136 insanın ölməsinə səbəb olub. Onların əksəriyyəti yaşları 1-dən 4-ə qədər olan uşaqlardır. Xəstəxanalara yerləşdirilənlərin sayı isə 8400-ə çatıb.

 

Medpress.az xarici mediaya istinadla verdiyi xəbərə görə, paytaxt Manilada ötən illə müqayisədə xəstəliyə yoluxma göstəricisi 1000 faizi keçib. Filippinin səhiyyə naziri qeyd edib ki, ötən həftə Manilada və ona yaxın regionlarda kütləvi immunizasiya başlanılıb. Çünki epidemiyanın bu qədər geniş formada yayılmasının səbəbi peyvəndləşdirmədən imtinadır. Başlanılan peyvəndləşdirmənin aprel ayına qədər qızılca epidemiyasının qarşısını alacağı gözlənilir.

 

Dövlət başçısı Rodriqo Duterte radio müraciətində qıcılcanın mümkün faciəsi ilə bağlı xəbərdarlıq edib və vətəndaşları peyvəndləşdirmədən imtina etməməyə çağırıb.

 

Qızılca ilə bağlı vəziyyət bu gün yalnız Filippində gərgin deyil. Avropada qızılcaya yoluxmaya görə 2018-ci il göstərici ilə ilk sırada Ukraynadır. 2019-cu ilin yalnız 7 həftəsində burada 3264 yeni fakt qeydə alınıb. Bu il qızılcadan artıq 8 nəfər ölüb, ötən il bu rəqəm 16 olub.  

 

 

 

(Visited 172 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir