Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır. Medpress.az xəbər verir ki, DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları ərzağın təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.
DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır:
- yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək;
- çiy və hazır yeməkləri qarışdırmamaq;
- mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq;
- bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq;
- yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək.