Qarın sallanmasından necə qurtulmalı?

Qarın bölgəsində sallanma əsasən bir neçə doğuş keçirən qadınlarda və yaxud həddindən artıq kök olub sonradan arıqlamış insanlarda rast gəlinir. Həm qravitasiya adlanan proses, həm də dəridə olan boşalma nəticəsində “fartuk” adlandırılan sallanma yaranır. Bu zaman qarının ön divarında sallanma müşahidə edilir, qarının iç hissəsində və əzələlərdə genişlənmə olur. Yəni qarının ön düz əzələləri bir-birindən aralanır. Buna elmi dildə diastaz deyilir.

 

Medpress.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev məlumat verib.

 

Şöbə müdiri bildirib ki, qarın sallanması problemini cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırmaq mümkündür: “Əməliyyat zamanı dərinin ön hissəsi aşağıdan kəsilərək açılır. Qabırğalara qədər soyub ayrıldıqdan sonra qarının düz əzələsi plikasiya adlandırılan üsulla yığılır və diastaz aradan qaldırılır. Sonra piyli dərinin artıq hissəsinin kəsilib götürülməsi üçün dermolipitektomiya icra olunur. Nəticədə xəstədə yeni göbək formalaşdırılır. Bununla da bədəndə şəkilləndirmə olan abdominoplastika əməliyyatı, yəni qarın gərmə əməliyyatı icra edilir və qarının çıxmasının və sallanmasının qarşısı alınır. Bu əməliyyat arıqlatma deyil, bədən şəkilləndirmə cərrahiyyəsidir. Əgər bədəndə “fartuk” yoxdursa, sadəcə qarının ön və yan divarlarında yağlanmalar varsa, bu hallarda liposaksiya adlandırılan dərialtı piy qatının sovrulub çıxarılması metodundan istifadə edilir” (AZƏRTAC ).

 

(Visited 141 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir