Cənubi Koreya alimləri qara düyünün artıq çəki ilə mübarizəyə effektli kömək etdiyini müəyyənləşdiriblər. Medpress.az xarici mediaya istinadən bildirir ki, bu məhsulla eksperiment çərçivəsində laboratoriya siçanları qidalandırılıb.
Tezliklə müəyyənləşdirilib ki, heyvanların qaraciyər və yağ toxumalarında lipidlərin toplanması hissediləcək dərəcədə azalıb. Bundan əlavə, xolesterinin səviyyəsi aşağı düşüb.
Bu, o deməkdir ki, qara düyü piylənmənin qarşısını almağa kömək edə bilər. Üstəlik, bu qidada qlükoza indeksi nisbətən aşağıdır, yəni o, qanda şəkərin səviyyəsinə az təsir göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, qara düyü aclıq hissini də uzun müddətə dayandırır.