Bir həkim tərəfindən döş müayinəsi zamanı gizlicə çəkilən çox sayda qadının görüntüsü, rusların qurduğu bir dostluq saytında paylaşılıb. Bir paylaşımdan sonra araşdırma aparan jurnalistlər hər şeydən xəbərsiz olan qadınlardan biri ilə əlaqə yaradanda qalmaqal ortaya çıxıb. Qadınların görünüşünü çəkdiyi müəyyən edilən həkim saxlanılıb.
Medpress.az Türkiyə mediasına istinadən bildirir ki, İzmir Doqquz Sentyabr Universiteti Xəstəxanasında bir həkimin müayinə zamanı gizlincə çəkdiyi çoxsaylı qadına aid görüntülər əcnəbi bir sosial paylaşma saytına yerləşdirilib.
Rusların qurduğu məşhur dostluq saytına girənlərin diqqətini, İzmir Doqquz Sentyabr Universiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğuş Elmi Biliklər Şöbəsində bir müayinə otağında gizli çəkilmiş çılpaq qadın görüntüləri çəkib.
Araşdırma zamanı saytda döş müayinəsi zamanı çəkilən çox sayda türkiyəli qadının həkim tərəfindən masa üstündəki gizli kamera ilə çəkildiyi üzə çıxıb.
2018-ci il dekabrın 18-də yayılan görüntülərdə gənc bir qadını müayinə edən həkimin, “Müəllimimə göstərmək üçün bir fotoşəkil almağım lazımdır” dediyi eşidilir. Görüntüləri bölüşən adamın təqib etdiyi səhifələr arasında xeyli sayda pornoqrafik məzmunlu çəkilişlər də yer alır.
Gizli kamera görüntüləri paylaşılan qadınlardan biri ərinin hadisə barədə məlumatının olmadığını bildirib.
Görüntüsü yayılan və daha sonra silinən qadın bundan xəbər tutan kimi Yeşilyurtda olan Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə gedərək həkim E.B.dən şikayətçi olub.
Polisdə təxminən iki saat ifadə verən qadının şikayəti sonrası Narlıdərədə oturan evli həkim E.B. saxlanılıb.