Qadınlar neçə yaşa qədər seksə istəkli olurlar? – ARAŞDIRMA

Güclü və zəif cinsin nümayəndələri yaşlaşdıqca qadının neçə yaşına qədər sekslə məşğul ola biləcəyi daha çox narahat etməyə başlayır. Bu narahatlıq ərlə-arvadın cinsi akt tezliyinin tədricən zəifləməsi və cinsi münasibətin azalması ilə bağılıdır. Bu halda rəsmi statistika və tibbi tədqiqatlara diqqət etmək lazımdır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qadınlarda ehtiras faktiki 80 yaşa qədər, bəzən ondan sonra da qalır. Bu qənaətə alimlər apardıqları araşdırma nəticəsində gəliblər.

 

Lakin təcrübədə bununla bağlı sevinmək üçün çox az səbəb var. Statistikaya görə, xanımların yalnız 55 faizinin 60 yaşdan sonra intim həyatı olur. 65 yaşdan sonra bu göstərici 40 faizə qədər düşür. Yaşı 75-i keçən qadınların cəmisi 17 faizi kişi istəyir və cinsi həyatı olur. Bu zaman intim fəallıq keyfiyyəti çox halda stabil yüksək qalır. Qeyd etmək lazımdır ki, bu zaman yalnız xanımın yox, həm də ərinin ehtirasının rolu var.

 

Orqanizmdə yaş dəyişiklikləri və onların ehtirasa təsiri

 

Qadına hansı yaşa qədər kişinin lazım olmasından danışanda problemə kompleks yanaşmaq lazımdır. Cinsi meylin azalması daha çox qadının orqanizmində baş verən dəyişikliklərlə bağlıdır.

 

Bu ilk növbədə menopauza və xəstəliklərlə, tez-tez müşayiət edilən klimaksla bağlıdır. Ehtirasın azalması üçün bu səbəblər olmalıdır:

 

qadın homonlarının istehsalının azalması;

 

uşaqlığın quruluğu;

 

uşaqlıq yolu divarlarının elastikliyinin azalması;

 

cinsi orqanlar sahəsində ağrılı hisslər.

 

Bu diskomforta, orqazmın  itirilməsinə və intim münasibətdən tamamilə imtinaya gətirib çıxarır. Yaşlı cütlüklərdə eyni zamanda kişi problemi müşahidə olunur. Çoxunda intim münasibəti mümkünsüz edən impotensiya və digər pozuntular baş qaldırır.

 

Vəziyyətin qaydaya salınmasına ixtisaslaşmış mütəxəssisin vaxtında müdaxiləsi kömək edir. Bu zaman mütəxəssis cütlüyə potensiyanın artması üçün bir neçə dərman məsləhət görür və nəticədə istənilən yaş dövründə seksual həyatın keyfiyyəti hissediləcək dərəvcədə yüksəlir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir