Hayfa universitetinin fəlsəfə sahəsi üzrə mütəxəssisi Aaron Ben-Zeev insanların intim münasibət zamanı inildəməsinin səbəbini izah edib. Alimin fikrincə, bunun səbəbini əvvəlcə ikili münasibətdəki məhəbbətin təbiətində axtarmaq lazımdır.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, iş ondadır ki, eyni zamanda müsbət və mənfi hallara gətirib çıxaran ikili münasibət təbii emosiya ilə şərtlənir, onu da şəxsi və ümumi dərəcələrə ayırmaq lazımdır.
Sən demə, həyəcan belə hisslər doğurur ki, insan da bu hisslərin ikili emosiyasını sınaqdan keçirir. Məsələn, ciddi mübahisədən sonra intim yaxınlıq güclü həyəcan vəziyyətinə çatdırmaq iqtidarındadır, bu da inilti və qışqırıq yaradır.
Seksual ehtirasın güclənməsinə səbəb olan incə üsul özlüyündə cinsi istəyi artırır, xəyali “döyüş” hissi yaradır. Romantik şam yeməyindən sonra artan güclü emosiya da yaxşı nəticəyə gətirib çıxarır.