Mütəxəssislər əmindir ki, indiki qadınların böyük əksəriyyətinin davamlı ömür-gün yolçusu seçimində müəyyən meyarları var. Bu cür kişilər müəyyən xarakterik xüsusiyyətlərə malik olmalı, gözəl cinsin nümayəndəsinin nəzərində etibarlılığını təsdiqləməlidir.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Oreqon ştatı Universitetindən olan alimlərin apardığı araşdırmada optimal kişinin necə olması müəyyənləşdirilib.
Psixoloqlar müəyyəb ediblər ki, xanım kişinin yanında özünü təhlükəsiz və sakitlikdə olmasını arzulayır. Çünki o, həmişə qorunmaq və istənilən problemin həllində kişinin bacarıqlı olacağına güvənmək istəyir.
Alimlər qadınların gözü ilə ideal kişinin potrterini yaratmağa cəhd ediblər.
Başqa mühüm keyfiyyət sadiqliyi nəzərdə tutan düzlük, yalanın olmaması, şəffaf əlaqələrdir. Bundan əlavə, güclü cinsin nümayəndəsi ev işləri ilə məşğul olmağı da bacarmalıdır.
Birləşmiş ştatlardan olan professionallar danışıblar ki, qadınların əksəriyyəti özlərinin ideal seçilmişlərini necə görmək istəyirlər. Qadınların romantik sevgisi, bundan əlavə kişilərdə yumor hissi vacib keyfiyyət kimi reytinqdə sonuncu sırada olub.
Bundan sonra siyahıda kulinariya bacarıqları, pul qazanmaq qabiliyyətidir.