Birləşmiş Ərəb Əmirliklərində qadın ona burqer gətirmədiyinə görə əri ilə boşanır. Yaşı 20-yə yaxın olan Əbu-Dabi sakini qadın əri dostları ilə əylənəndə evdə tək qalıb. O, evdən çıxmazdan əvvəl ərindən fastfudlardan birindən ona burqer almasını xahiş edib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kişi evə yerli vaxtla gecə saat 3-də burqersiz gəlib. Nəticədə mübahisə düşüb və qadın evdən gedib. O, indi ərindən boşanmağa hazırlaşır.
Vəkil Hasan Əl Mazruki vəziyyəti şərh edərkən deyib ki, insanların nikah həyatı haqqında realist təsəvvürləri olmalıdır. Onun sözlərinə görə, münasibətlərdəki bütün problemlərin həllinə kömək etməyə yardım üçün indi cütlüyün hakimlə söhbəti olmalıdır. Əgər qadın bundan sonra da boşanmağa inadkarlıq edəcəksə, onda İslam qaydalarına görə kişi arvadına etdiyi məcburi hədiyyələrdən imtina etməli olacaq.