Qadın hamilə olduğunu doğuşdan 45 dəqiqə əvvəl öyrəndi

Şotlandiyanın Qlzaqo şəhər sakini hamilə olmasından doğuşa 45 dəqiqə qalanda xəbər tutub.  18 yaşlı Emmaluiz Leqqeytin birinci uşağını dünyaya gətirəndən sonra hamiləliyə qarşı dərmanlar qəbul edib və ikinci uşaq planlaşdırmayıb. Ancaq birdən qarnı şişib, halbuki bir gün əvvəl belə vəziyyətdə olmayıb. Britaniyalı təcili yardım çağırıb və 45 dəqiqədən sonra Siara adlı sağlam körpə dünyaya gətirib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qadın buna qədər bir az kökəldiyini və arıqlamağa cəhd edtiyini xatırlayır. Ancaq qarnının hamiləlikdəki kimi şişdiyini müşahidə etməyib.

 

“Heç bir hamiləlik əlamətim olmayıb. Heç nə. Həkimlər də mənim qarnımım niyə şişmədiyini izah edə bilmir, – Leqqeyt deyir. – Onlar yalnız ehtimal edirlər ki,  uşaq kürək sahəsində ola bilərdi. Beləsi kifayət qədər az olur”.

 

Leqqeyt ikinci övladı doğulandan sonra uşaqlıq yoluna spiral qoydurub. Bu zaman spermatozoidlər uşaqlıq boşluğuna düşmür və indi müntəzəm hamilə olub-olmaması ilə bağlı testdən keçir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir