Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzaladı

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 

 

Medpress.az-ın xəbərinə görə, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

 

“Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. 

 

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

 

Əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunmuşdu. 

 

(Visited 35 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir