Ömrünüzü uzadacaq 5 xüsusi qida

Dünya Səhiyyə Təşkilatına görə, orta ömür müddəti 72 il civarında tanınır. Ancaq sağlamlığınıza və qocalma prosesinə müsbət və ya mənfi istiqamətdə nəyin təsir edəcəyini bilirsinizsə, daha sağlam olacaqsınız.

 

Medpress.az xarici mətbuata istinadla bu prosesdə 114 yaşına qədər yaşamış Bernando Lapallonun istifadə etdiyi 5 xüsusi qidanı sizinlə bölüşür. Ömrü uzadan o qidalar bunlardır.

 

Darçın

 

Darçın, sadəcə, ləzzəti ilə bilinməz, eyni zamanda, güclü müalicəvi xüsusiyyətlərə malikdir. Xərçəng, ürək xəstəlikləri və bakteriyalı infeksiyalarla mübarizədə əvəzsizdir. Həmçinin XIV virusu ilə mübarizədə yardımçı olur.

 

Şokolad

 

Hər şeyin çoxu zərərli olduğu kimi, şokoladın da çoxu sağlamlığımız baxımından zərərlər verir. Ancaq doğru şokolad istifadəsi xolesterin səviyyəsini aşağı salır, zehni gücləndirir və stressi azaltmağa köməkçi olur.

 

Sarımsaq

 

Dövrün xəstəliyi kimi tanınan Altsheymer riskini sarımsaq ilə aşağı sala bilərsiniz. Bundan başqa, ürək çatışmazlığı riskini və orqanizmə detoks təsiri yaradan sarımsaq, mətbəxinizin əvəzolunmaz qidalarından biri olmalıdır.

 

Təbii bal

 

Tibbdə beş min ildən artıq müddətdir ki, istifadə edilən bal, bir çox sağlamlıq problemi üçün təbii bir təkmilləşdirmə dərmanı kimi tanınır. Antiseptik, antioksidant və antibakteriyal xüsusiyyətlərə malik olan balı qidalanma siyahınıza mütləq əlavə edin.

 

Zeytun yağı

 

Əksər mütəxəssisin təklif etdiyi zeytun yağının sağlamlığımız baxımından bir çox faydası vardır. Beynimizi və ürəyimizi sağlam saxlayan zeytun yağı doymamış yağlar baxımından zəngindir. Zehnin funksiyasına müsbət istiqamətdə təsir göstərir və çox miqdarda antioksidant daxildir. Bundan başqa tip 2 diabet və xərçəng riskini azaldır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir