Nadir xəstəliklərin müalicəsi üçün dərmanların sayı artırıldı

Azərbaycanda nadir xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.

 

Medpress.az bildirir ki, Səhiyyə Nazirliyinin Kollegiyası bununla bağlı “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edib.

 

Beləliklə, Adsetris (Adcetris), Serezim (Cerezyme) və Fabrazim (Fabrazyme) nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına daxil edilib.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *