20 il ərzində dözülməz ağrılara tab gətirən Kanada sakini gözlərindəki uğursuz lazer əməliyyatından sonra özünü öldürüb. Medpress.az xarici mediaya istinadla bildirir ki, Pol Fitspatrik əməliyyat masasına 1996-cı ildə görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə uzanıb. Nəticədə 56 yaşlı kişi ötən illərdə sanki gözlərində iynə qalıbmış kimi baş ağrısından əziyyət çəkib.
“Mən daha heç bir xoş şey hiss etmirəm. Ağrılar, gözlərim daim yanır, sanki hər şey beynimdə və içimdə daim məni yandırır. Xahiş edirəm, bağışlayın ki, mən bunun öhdəsindən gələcək qədər güclü deyiləm. Son aylar dözülməz idi”, – Pol Fitspatrik intihar məktubunda bunları yazıb.
Polun valideynləri deyirlər ki, oğulları pis gördüyünüə görə 12 il eynək taxıb, lakin böyüyəndə ondan xilas olmaq istəyib. O, fotorefraksiya keratektomiya istəyib. Bu zaman buynuz qişanın səthinə təbəqə çəkilir. Belə üsul həmin məqamda görmə probleminin lazer vasitəsilə düzəlməsi üçün tamamilə təhlükəsiz hesab edilən ən birinci üsul idi. Lakin əməliyyatdan az sonra onun gözlərində miqren və susuzluq yaranıb.
Kanadalı həkimlər ağrının səbəbini müəyyən edə bilməyiblər, ona görə milyonçu ona kömək edəcək mütəxəssis axtarışı üçün Avropaya və ABŞ-a yollanıb. Lakin çoxsaylı əməliyyatlar səbəbindən vəziyyəti daha da pisləşib. Faciəyə bir neçə ay qalanda ağrılar o dərəcədə dözülməz olub ki, Pol çox zaman gözünü bağlı saxlayıb və əsa ilə gəzib.
Səhhətindəki ciddi problemlərə baxmayaraq, Pol Fitspatrik öz bisnesini qurub və bunun sayəsində xeyli varidat sahibi olub. Lakin bu imkanına baxmayaraq, ağrıları ilə bacara bilməyib. Valideynlərinin fikrincə, oğullarının vəziyyətinin pisləşməsinə səbəb buynuz qişanın nevralgiyası olub və əgər Pol bunu bilsəydi müalicəsini davam etdirərdi.