Milyonçu 21 il sonra uşaqlarının arvadının sevgilisindən olduğunu öyrəndi

Milyonçu 21 ildən sonra 3 uşağının dünyaya ondan gəlmədiyini öyrənib. Bu dəhşətli aldadılma haqqında Riçard Meyson həkimlərin onun doğulduğu andan sonsuz olduğunu müəyyən etməsindən sonra xəbər tutub.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, indi onun keçmiş arvadı 250 min dollar kompensasiya ödəməli olacaq. Qadına uşaqların bioloji atasının gizli saxlanılması haqda razılıq da verilib.

 

Həkimlərdən dəhşətli diaqnozu eşitməyənə qədər Riçardın ağlına belə gəlməzdi ki, yad uşaqları böyüdüb. DNT testləri kişinin 21 yaşlı böyük və 17 yaşlı əkizləri ilə heç bir bağlılığının olmadığını təsdiqləyib.

 

55 yaşlı Riçardın fikrincə, uşaqların bioloji atası arvadının 1990-cı illərin sonlarında sevgi romanı yaşadığı həmin kişidir. Qadın boşanandan 10 il sonra xəyanət etdiyini boynuna alıb və onun sevgilisinin öz varisləri haqda məlumatının olduğu bilinmir.

 

MoneySupermarket.com şirkərinin sahibi indi arvadının boşanma zamanı məhkəmə vasitəsilə ondan aldığı pulu qaytarmaq üçün iddia qaldırıb, eləcə də qadını fırıldaqçılıqda ittiham edir. Hazırda iki oğlu onunla münasibəti dayandırıb.

 

Ötən ay üçüncü oğlu Riçarda məktub yazıb: “Ata, mənim əvvəldən dediyim kimi, nə baş verməsindən asılı olmayaraq, həmişə atam olaraq qalacaqsan. Əlbəttə, mən əlaqəmi kəsməyəcəyəm, bu münasibət heç vaxt dəyişməyəcək.. Mən həmişə səninləyəm, sən həmişə mənim atam olacaqsan. Səni sevirəm”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir