Meşə nəzarətçisi musiqi ilə insanları intihardan xilas etməyə çalışır

60 yaşlı yaponiyalı Kioçi Vatanabe həmvətənlərini bədnam məşhur “İntihar meşəsi”ndə musiqi vasitəsilə ölümdən xilas etməyə çalışır. Meşə nəzarətçisi hər gecə gitarada ifa edir və mahnı oxuyaraq ümid edir ki, ümidsiz insanlara nə qədər gec deyil kömək edəcək.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, musiqiçi 8 ildir özlərinə qəsd məqsədilə bura gələnlərə müraciətlə meşənin nəhs adını düzəldə biləcəyinə ümid edir.

 

Aokiqaxara meşəsi ötən il – YouTube ulduzu Loqan Pol intihar qurbanlarını göstərəndə dünya xəbərlərinin başlığına düşüb.

 

Yaxınlığında anadan olduğu və ömrünün böyük hissəsini keçirdiyi meşə ilə bağlı videoçarx Vatanabeni qəzəbləndirib və ayağa qaldırıb. “İnsanlar bu meşəni cəhənnəmə çevirmək istəyirlər”, – o, bunu söyləyərək əlavə edib ki, meşənin belə qara rəngdə təsvir edilməsi onun üçün ağrılıdır.

 

Vatanabe hazırda Aokiqaxaranın kənarındakı daxmada yaşayır  və bura “göy ağac meydanı” adlanır. Axşam düşəndə o, səsgücləndiricini işə salır və ağac okeanındakı dərin sakitliyi pozaraq oxumağa başlayır.

 

O, inanır ki, bu üsul daxili xaosla üzləşən insanlara kömək edəcək. Vatanabenin sözlərinə görə, insanlar onun səsləndirdiyi musiqini dinləyəndən sonra meşəni tərk edirlər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir