Koronavirus daha 38 can aldı: 4124 yoluxma, 4205 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4205 nəfər müalicə olunaraq sağalıb, 4124 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırki dövrədək ölkəmizdə 191 min 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 127 min 64 nəfər müalicə olunaraq sağalıb, 2088 nəfər vəfat edib. Aktiv xəstə sayı 62308 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 16 min 3 test aparılıb. Bugünkü test sayı isə 17426-dır.

 

 

 

 

 

(Visited 23 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir