Koronavirus daha 37 can aldı: 1101 yoluxma, 4209 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4209 nəfər müalicə olunaraq sağalıb, 1101 yeni yoluxma faktı qeydə alınıb.

 Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata istinad edərəkl xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 216 min 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 176 min 228 nəfər müalicə olunaraq sağalıb, 2575 nəfər vəfat edib. Aktiv xəstə sayı 37781 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 174 min 343 test aparılıb. Bugünkü test sayı isə 11279-dur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir