Koronavirus daha 31 can aldı: 802 yoluxma, 2479 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2479 nəfər müalicə olunaraq sağalıb, 802 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata istinad edərək xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 221 min 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 199 min 213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib. Aktiv xəstə sayı 19396 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 222 min 629 test aparılıb. Bugünkü test sayı isə 8435-dir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir