Koronavirus daha 26 can aldı: 799 yoluxma, 2383 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2383 nəfər müalicə olunaraq sağalıb, 799 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata istinad edərək xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 222 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 201 min 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib. Aktiv xəstə sayı 17786 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 231 min 993 test aparılıb. Bugünkü test sayı isə 9364-dür.

 

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir