Kişi dəfni zamanı dirildi

Efiopiyada kişi özünün dəfni zamanı dirilib. Məlumata görə, dəfn mərasimi zamanı dirilən kişi tabutun qapağını döyməyə başlayıb.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, yerli sakinlər dəhşətli dərəcədə qorxublar və hərə bir tərəfə qaçmağa başlayıb. Buna görə dəfn üçün gətirilən kişi tabutdan özü çıxmalı olub.

 

Tabut düzəldən ustanın sözlərinə görə, o, həyatında ilk dəfə belə səhnə ilə üzləşib.

 

Digər məlumata görə, bu dəhşətli hadisədən iki ay keçəndən sonra kişi bu dəfə həqiqətən ölüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir