Ən azı 60 dəqiqə vanna qəbul edilməsi insan orqanizminə pozitiv təsirə malikdir. İsti suda istirahət hətta 2-ci tip diabetin qarşısını alır.
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın Lafboro universitetinin həkimi Stiv Folknerin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində alimlər belə qənaətə gəliblər.
Stif Folknerin rəhbərliyi ilə orqanizmin “passiv isinmə” xüsusiyyətlərini öyrənən alimlərin fikrincə, onun əhəmiyyəti gigiyenik faydası ilə qurtarmır. Alimlər isti suda olan insanın qanında sərf edilən kalorinin miqdarını hesablayıblar və təcrübə aparıblar. Təcrübədə iştirak edən 14 nəfərin hərəsi bir saat temperaturu 40 dərəcə olan isti vannada uzanıb, bundan sonra iştirakçılar müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər. Nəticədə məlum olub ki, bir saat isti vanna qəbul edilməsi yarım saatlıq qaçışı əvəz edə bilər.
Qaçışçılar əzələ ağrılarına qarşı mübarizədə isti vanna, sauna və hamamın faydalı xüsusiyyətlərindən istifadə edirlər. Həmin prosedurlar əzələ ağrılarını yüngülləşdirir, zəhər və qalıqları çıxarır. Lakin bəzi atletlər heç də isti yox, soyuq buz vannaları da qəbul edirlər və onun da orqanizmə müsbət təsiri var.