Tailandlı iş adamı Arnon Rodthong 26 yaşındakı qızı ilə evlənəcək birini tapmaq üçün müsabiqə təşkil edəcəyini açıqlayıb.
Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, durian meyvə satışı ilə məşğul olan 58 yaşlı Arnon Rodthong, sosial media hesabından etdiyi paylaşımında 26 yaşlı qızının bir müddətdir ki, evlənmək istədiyini və qızına ideal bir ər tapmaq üçün müsabiqə təşkil edəcəyini bildirib.
İş adamı Rodthong, qızı ilə evlənəcək adama10 milyon Tailand bahtı (314 min dollar) pul verəcəyini boyun olub.
Qızına ər tapmaq üçün necə bir müsabiqə təşkil edəcəyi məlumatını bölüşməyən iş adamı deyib: “Əgər birinin gəlib qızıma kürəkən olmasını gözləsəm, uzun zaman alır. O üzdən indidən gəlməsini tələb edirəm”.
İş adamının qızı Karnsita Rodthong isə atasının fikrindən çox məmnun olduğunu bildirib: “Seçici biri deyiləm, sosial tədbirlərə aparıb birlikdə fotoşəkil çəkdirə biləcəyim birini axtarıram”.
Zəngin iş adamının sosial mediadakı paylaşımından sonra yüzlərlə adam, iş adamının qızı ilə evlənmək üçün müraciət edib.