İnsanların daha çox öldüyü rayonlar — AZƏRBAYCANDA

2010-2018-ci illərdə Azərbaycanda şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 000 nəfərdən 5 000-ə düşüb. Medpress.az «Report»a istinadla xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov bildirib.

 

Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 nəfərə görə 10,2-7 nəfər) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib: «Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub».

 

Etibar Bədəlov qeyd edib ki, ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə bu rayonlarda daha yüksəkdir: «Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir».

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *