Alimlər ürək transplatasiyası əməliyyatına yeni üsul təklif ediblər. Medpress.az-ın məlumatına görə, beynəlxalq tədqiqatçılar qrupunun “Nature” jurnalında çap edilən elmi məqaləsində qeyd edilir ki, gələcəkdə insana donuzun genetik modifikasiya edilmiş ürəyini köçürmək mümkün olacaq.
Bu baxımdan babuin meymunları üzərində uğurlu təcrübələr aparılıb: transplantasiyadan sonra onlar 195 gün yaşayıblar. Eksperiment başa çatandan sonra meymunları zəhərləyib öldürüblər.
Tədqiqatda qeyd olunub ki, gen mühəndisliyi texnologiyalarının tətbiqi donuz ürəyinin insan orqanizminə uyğunlaşmaması ehtimalını azaltmağa imkan verəcək. Əməliyyatın uğurlu alınması üçün alimlər orqanı transplantasiyaya qədər soyuq suda saxlamağı yox, qana bənzəyən xüsusi məhlulla (tərkibində hormonlar və qida maddələri olan) yumağı təklif edirlər.
Bununla yanaşı, təcrübə altında olan meymunlara ürək böyüməsinə təsir göstərən dərmanlar verilib, qan təzyiqi isə donuz orqanizmi üçün xarakterik olan səviyyəyə qədər süni artırılıb.
Bundan başqa, təcrübə altındakı heyvanlara yeridilən kortizol azaldılıb, çünki o, ürək böyüməsini stimullaşdıra bilər.
Alimlər istisna etmirlər ki, insanlar üzərində kliniki sınaqlara 3 ildən sonra start vemək olar.