İlin son günü yağış və qar yağacaq – PROQNOZ

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə olacaq.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Yuxarı Qarabağ: Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, həmçinin Daşkəsən, Gədəbəydə bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur mənfi 6-11 dərəcə şaxta olacaq.

 

Qazax-Gəncə, Tərtər-Ağdam, Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

 

Mərkəzi Aran rayonlarında, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Balakən, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 9-14 dərəcə şaxta olacaq.

 

Masallı, Lənkəran, Astara, Lerik rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur 2-4 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta olacaq.

 

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 8-13 dərəcə şaxta olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir