İnsan ətrafını özü seçir. Ona görə çox vacibdir ki, yaxınlarınız arasında sizin bütün həyatınızı alt-üst edəcək birisi olmasın. Medpress.az xarici mediaya istinadən “zəhərlilik” əlamətləri olan bu tiplərədən uzaq durmağınızı tövsiyyə edir:
- Onlar çox eqoistdirlər və yalnız hansısa məqsədə çatmaq naminə sizin yanınızdadırlar.
- Onlar sizinlə münasibətlərində çox şey istəyirlər və çox şey götürürlər, lakin əvəzində heç nə vermirlər.
- Onlar istənilən, hətta ən əhəmiyyətsiz mübahisədə həmişə özlərinin haqlı olduqlarını sübut etməyə və qalib gəlməyə çalışırlar.
- Onların insanlarla davranışları sizinlə davranışlarından fərqlənir.
- Onlar özlərini günahkar hesab etmirlər və istənilən halda qurbanlarının mövqeyini dəstəkləmirlər.
- Onlar sizə təlqin etməyə çalışırlar ki, yalnız onlara inanmaq olar, sizin dostlarınızı və tanışlarınızı bir-birinə qarşı kökləyirlər.
- Onlar öz davranışlarını sürətlə dəyişirlər: bir anda insanın xeyirxah və həssas olmasına müsbət təsir göstərir, digərində soyuq və acıqlı ola bilirlər.
- Onlar istənilən məsələ ilə bağlı tez-tez yalan danışır və bunu etiraf etməkdən imtina edirlər, həmçinin öz xarakterlərindəki çatışmazlıqları gizlədirlər, sizi də yanlışlığa sürükləyirlər.