Hər körpə öz ana dilində danışır – ARAŞDIRMA

Almaniyalı alimlərin qənaətinə görə, körpələr doğulduqları ilk gündən etibarən valideynlərinin dilində danışırlar. Elm adamları araşdırmalar zamanı müəyyən ediblər ki, yeni doğulan körpələrin ağlamaq səsində valideynlərinin danışdığı dilə xarakterik çalarlar var.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, fransız və alman ailələrində doğulan uşaqların səsini öyrənən mütəxəssislər iki qrup körpələr arasındakı fərqi müəyyən edə biliblər. Araşdırma zamanı fransız ailələrində doğulan uşaqların başlanğıcdan sona doğru dəyişən səs tonu ilə “danışdıqları” müəyyən edilib.

 

Alman körpələrdə isə tonun alman dilinin linqvistik qaydalarına müvafiq şəkildə dəyişdiyi məlum olub.

 

Tələffüzdə tonun bu cür dəyişməsini müəyyənləşdirən mütəxəssislərin fikrincə, hər bir körpə öz valideyninin dilində danışır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir