Həkim növbəsi gözləyən xəstə öldü

Böyük Novqorodda həkimin qəbulunu gözləyən xəstə dəhlizdə vəfat edib.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, 4 saylı poliklinikaya gələn xəstənin dəhlizdə halı pisləşib. Ona təcili yardım göstərilməyə cəhd edilib, ancaq nəticəsiz olub.

 

Poliklinikaya gələn təcili tibbi yardımın həkimləri xəstəni özünə gətirə bilməyiblər. İlkin məlumata görə, kişi poliklinikaya xəstəxanaya yerləşdirilmək üçün hazırlaşmağa gəlib. O, infarkt keçirdiyindən əməliyyata hazırlaşırdı.

 

Şahidlər deyiblər ki, kişinin ürəyi ilə bağlı problem yarana bilərdi. Onların sözlərinə görə, huşunu itirməzdən əvvəl o, sinəsini tutub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir