Ukraynaya gedən Azərbaycan kişiləri bunu diqqətlə oxuyun

Ukraynanın hüquq-mühafizə orqanları könüllü razılıq olmadan intim münasibəti zorlama kimi qəbul edəcək.

 

Medpress.az Ukrayna mediasına istinadla xəbər verir ki, Ali Radanın 2017-ci ilin dekabr ayında bəyəndiyi Cinayət məcəlləsinə təklif edilən müvafiq dəyişiklik bu il yanvar ayının 11-dən qüvvəyə minib.

 

Dəyişiklikdə zorlama və seksual zorakılıq anlayışları izah edilir. Yeni redaksiyaya “könüllü razılıq” formulu əlavə olunub.

 

İndi istənilən adam seksual hərəkətlərdən sonra buna razılıq vermədiyi ilə bağlı ərizə yaza bilər. Bundan əvvəl Ukraynada zorakılığa görə əgər qurban hədələnirdisə, güc tətbiq edilirdisə, yaxud onun köməksiz vəziyyətindən istifadə edilirdisə, məsuliyyətə cəlb edilmə nəzərdə tutulurdu.

 

(Visited 74 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir