Yaxın zamana qədər hesab edilirdi ki, ürəyin qəflətən dayanması daha çox həftənin birinci günü səhərlər baş verir. Ancaq qətiyyən belə deyil və bunu amerikalı alimlər yeni araşdırma ilə sübut ediblər.
Medpress.az xarici mediaya istinadən bildirir ki, Sidars-Sinay Tibb mərkəzi yanında Ürək ritmi mərkəzinin direktoru həkim Samit Çuq və onun həmkarları Oreqon ştatında 2631 qəfil ölüm məlumatını öyrəniblər. Ürəyin daha çox (31,6 faiz) dayanması nahardan sonrakı vaxtda, 27, 6 faiz səhərlər, axşamlar 26, 9 faiz və yalnız 13,9 faiz səhər tezdən baş verib.
Həkim Çuq hesab edir ki, ürəyin qəfil dayanması ilə baş verən ölümlərin “pik saat”ının dəyişməsinin bir neçə səbəbi mövcuddur – onların arasında dəqiqliyin artması da müşahidə edilir. Ürəyin qəfil dayanması riskində xəstələrin müalicə üsullaarının öz rolu var. Onun fikrincə, dərmanlar, yaxud müalicənin digər üsulları ölüm “pik-ssatı”nın yerinin dəyişməsinə təsir göstərir. Daha bir amil insan həyatının ritminin özünün dəyişməsi ola bilər: insanların çoxu daim əlaqədə olur, hətta axşamlar da işdən ayrılmır, bəziləri isə gecələr də telefon zənglərinə cavab verir. Bütün bunlar sirkad ritmlərinin pozulmasına səbəb olur, nəyə görəsə bütün gün ərzində stress keçirir.
Həkim Çuqanın araşdırması göstərib ki, bazar ertəsi gününü bundan sonra daha çox ürəyin qəfil dayandığı gün hesab etmək olmaz. Onun sözlərinə görə, bazar ertəsi günləri belə halların kəskin artması müşahidə olunmur, nisbətən az artım isə bazar günləri müşahidə olunur.
Amerikanın xəstəliklərə nəzarət və profilaktikası mərkəzinin qiymətləndirməsinə əsasən xəstələrin 70-dən 90 faizə qədəri ürəyin qəfil dayanmasından xəstəxanaya düşənə qədər ölürlər. Ölümün pik saatlarının məqsədli müəyyənləşdirilməsi ilə bağlı araşdırma tibbi yardım göstərilməsi qrafikini planlaşdırmağa kömək edir.