Havamızı zəhərləyən iki restoran bağlandı

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı, Sumqayıt, Gəncə şəhəri və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparıb”, –Medpress.az xəbər verir ki, bunu ETSN-in mətbuat katibi İradə İbrahimova deyib.

 

İ.İbrahimovanın sözlərinə görə, bu obyektlərdən 223-də artıq müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran – “Özkardeşlər” və “Qızıl balıq” adlı iaşə obyektləri isə məhkəmənin qərarı ilə bağlanıb.

 

17 restoranın bağlanması istiqamətində də məhkəmələr tərəfindən işlər görülür.

 

(Visited 27 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir