Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın hərarəti gecə 5-7°, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu ndan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Bundan başqa, dekabrın 16-sı gündüzdən 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın hərarətinin aşağı enəcəyi, 17-də maksimal hərarətin 5-7° isti təşkil edəcəyi, 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin gündüzdən bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın hərarəti gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6°şaxta, gündüz 2-6° isti təşkil edəcək.
Həmçinin, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarəti ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.