Hansı gündəlik vərdişlər qocalmanı sürətləndirir?

Zülallarla zəngin meyvə və tərəvəzlə düzgün qidalanmaq, eləcə də özünə düzgün qulluq etmək, kifayət qədər su içmək vərdişi belə hesab olunur ki, çox cavan qalmağa və yaxşı görünməyə kömək edir. Lakin qocalma prosesini sürətləndirən vərdişlər də var.

 

Medpress.az xarici mətbuata istinadla həmin vərdişləri təqdim edir.

 

Siqaret çəkmək

 

Bir çox tədqiqatlar göstərib ki, siqaret çəkmək vaxtından əvvəl qocalmaq istəyənlərin ən yaxşı dostudur. Siqaret çəkmək dərinin elastikliyini azaldır, nəticədə dəri tez qocalmağa başlayır. Siqaret çəkmək, eləcə də dərinin və dişlərin saralmasına, piqment ləkələrin yaranmasınsa səbəb olur. Bütün bunlara baxmayaraq, insanların bir çoxu siqaret çəkməyi davam etdirir.

 

Yuxu çatışmazlığı

 

Gözəlliyin və sağlamlığın qorunması üçün gündə ən azı 7-8 saat yatmaq tövsiyə olunur. Lakin işləyən müasir insanların 50 faizdən çoxu bu qədər yatmırlar, buna görə onların orqanizmi normal fəaliyyət göstərə bilmir. Yuxu çatışmazlığı həm də çəkinin artmasına, qocalmanın sürətlənməsinə və sağlamlıqla bağlı digər problemlərə səbəb olur.

 

Düzgün olmayan pəhriz

 

Əgər insan meyvə, tərəvəz və zülal qəbul etməsə, orqanizmində qida maddələri çatışmayacaq, bunun da nəticəsində dəri hüceyrələri bərpa olunmayacaq. Bundan əlavə, yağlı və şirin qida artıq çəki yığılmasına səbəb olur ki, arıqlayandan sonra çox güman ki, dəri sallanacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir