Hande Harmancı: Azərbaycana qısa zamanda vaksinin gətirilməsinə başlanılacaq

“Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanılacaq”.

 

Medpress.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi, Gəncədə səfərdə olan Hande Harmancı jurnalistlərə müsahibəsində deyib.

 

O qeyd edib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: “Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq “işıq görünür”. Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman tələb edir. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir