Gündüz yatmaq nə qədər faydalıdır? Böyük Britaniyanın Bristol Universitenin alimləri müəyyənləşdiriblər ki, qısa gündüz yuxusu beyinin koqnitiv funksiyasını yaxşılaşdırır.
Medpress.az xarici mediaya istinadən bildirir ki, insanların iştirakı ilə edilən eksperimentdən sonra alimlərin qənaətinə görə, gündüz yuxusu yeni informasiyanı mənimsəmək qabiliyyətini yaxşılaşdırır. Tədqiqatda ümumilikdə 16 nəfər iştirak edib.
Könüllülərin testi çərçivəsində müxtəlif tapşırıqları yerinə yetirmək təklif olunub. Eksperiment iştirakçıları 90 dəqiqə yuxulamalı olublar, onların beynində müsbət dəyişikliklər baş verməyə başlayıb, o, kifayət qədər yaxşı və sürətli işləyib. Bundan başqa, müəyyənləşdirilib ki, gündüz yuxusu xüsusilə ilk cəhddə öhdəsindən gəlinməyən çətin problemlə bağlı qərar qəbul etməyə ehtiyac olanda xeyirlidir.
“Belə yuxu sayəsində insanların bəzən dərk edə bilmədiyi daxili münaqişələri uğurlu həll etmək olur”, – tədqiqatçılar qeyd ediblər.
Maraqlıdır ki, əvvəlki araşdırmalar bunu göstərib: saat 15:00-dan sonrakı qısa yuxu beyin funksiyasının keyfiyyətinə müsbət təsir göstərir, beyinə günün ikinci yarısında daha fəal olmağa kömək edir və gecə yatmaq üçün problem yaratmır.