Gündə 6 diş közlənmiş sarımsaq yesəniz…

Xörəklərin çoxuna dad qatan və sağlamlıq baxımından müxtəlif faydaları olan sarımsağın faydalarını onsuz da bilirik. Ancaq deyilənlərə görə gündə 6 diş közlənmiş sarımsaq yemənin sağlamlıq baxımından möcüzəvi faydaları varmış.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalar nəticəsində gündə 6 diş közlənmiş sarımsaq yedikdə 24 saatda bədənimizdə meydana gələn dəyişikliklər açıqlanıb.

 

Soğan, sarımsaq və kəvər bir çox yeməkdə istifadə edilir. Xüsusilə soğan daşıdıqları antioksidantlar səbəbilə həm sinir sistemini, həm də immunitet sistemini gücləndirirlər. Yüzlərlə ildir ki, soğan və sarımsaq alternativ təbabət üsulu olaraq istifadə edilir.

 

Deyilənlərə görə, gündə 6 diş közlənmiş və ya qızardılmış sarımsaq yeyəndə 24 saat ərzində bədəninizdə bu dəyişiklər meydana gəlirmiş:

 

4-6 saat: Metabolizmin sürətlənir. Toplanan yağlar yanmağa və bədəninizdəki artıq mayelər atılmağa başlayır.

 

 6-10 saat: Sarımsaqdakı qidalar sellülyar səviyyədə orqanizmi müdafiə edib oksidləşmədən bədəni qoruyur.

 

 10-24 saat: Sarımsaq aşağıdakıları həyata keçirir:

 

 – Xolesterini nizamlayır

 

 Damarları təmizləyir və ürək problemlərindən qoruyur

 

 – Təzyiqi tənzimləyir

 

 – Sinir sistemini gücləndirir

 

 – Bədənə ağır metalların girməsini əngəlləyir

 

Sümükləri və oynaqları gücləndirir

 

 – Yorğunluğu alır

 

 – Hüceyrələrin ömrünü uzadır

 

(Visited 329 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir