Gəncədə ər və arvadı qazdan boğulub öldü

Azərbaycanda istirahət günləri 5 nəfər dəm qazından boğulub.

 

Medpress.az-ın məlumatına görə, bu faciəli hadisələr Gəncə şəhərində, Bakının Xətai və Qaradağ, eləcə də Hacıqabul rayonunda qeydə alınıb.

 

Gəncə şəhər sakinləri – Xalis Cəfərov və həyat yoldaşı Rəna Cəfərova qazdan boğulublar.

 

Bakının Qaradağ rayon sakini Vaqif Hacıyev, Xətai rayon sakini Gözəl Kərimova və Hacıqabul rayon sakini Şövkət Əsədova da yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir