Kurskdan olan 18 yaşlı Liliya sosial şəbəkəyə qızlığını satdığı ilə bağlı elan yerləşdirib.
Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu qeyri-adi məhsulun dəyəri yüksək deyil – 14 min rubl, yaxud yerli marketinq forumuna VİP-biletə.
“Qızlığımı istənilən spikerin VİP-biletinə satıram. Biznesi öyrənmək istəyirəm, ümid edirəm ki, məni nəzərə alacaqlar”, – Liliya yazıb.
“REN TV”nin jurnalistləri qızla əlaqə yaradıblar və o elanın real olduğunu təsdiqləyib.
“Mən bilet almaq üçün bir neçə variantı sınaqdan keçirmişəm, təşkilatçıların qapısına kimi döymüşəm, pul tapmağa cəhd etmişəm, ancaq biletinin dəyəri mənim əmək hqqımdan yüksəkdir. Bu variantda dayanmışam”, – Liliya vurğulayıb.
Liliyanın təklifi artıq aktual deyil. Qızın sözlərinə görə, arzu etdiyi bileti ona sadəcə hədiyyə edən adamlar tapılıb.