Gənc müğənni Səhiyyə Nazirliyini dərmana görə ittiham etdi – VİDEO

Gənc müğənni Mirkamil Kamilov “İnstagram” səhifəsindəki paylaşımında Səhiyyə Nazirliyinin ünvanına ittihamlar səsləndirib.

 

Medpress.az-ın verdiyi xəbərə görə, o, sosial şəbəkədəki canlı yayımda nazirliyi narkotik asılılığından çıxmaq üçün nəzərdə tutulan dərmanları əldə etməyinə maneə törətməkdə iddia edib.

 

“Narkotik asılılığından çıxmaq üçün lazım olan dərmanlardan istifadə edirdim. Bunun qarşısını aldılar. Amma bilmirəm, kim etdi. Allah canlarını sağ eləsin. Mən o qədər də dəli deyiləm. Öz həkimimə insanın ağlını başından ala biləcək narkotik maddə olan dərmanı sifariş elədim və bunu mənə satdılar. Əgər bu dərman satılırsa və ölümlə nəticələnə bilərsə, niyə satılır?! Bəs bunun qarşısını almaq üçün istifadə edilən dərmana niyə “stop” qoyulub. Çox xahiş edirəm, video bütün ölkədə yayımlansın və Səhiyyə Nazirliyini birbaşa dünya məhkəməsinə verirəm. Cavab versin ki, niyə adam öldürən dərmanı satır. Mən Allahı dəlicəsinə sevən adam olduğuma görə ölmədim. Amma niyə bu satılır, digər xeyirli dərman satılmır? Bu mövzu dərin mövzudur”, –  müğənni vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir