Gəlin ən yaxın rəfiqəsini döşlərinin böyük olması səbəbindən öz toyuna dəvət etməmək qərarına gəlib. O, bununla bağlı anonim olaraq Reddit portalının istifadəçiləri ilə bölüşüb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, naməlum qadın danışıb ki, onun rəfiqəsi Erin hormonal xəstəlikdən əziyyət çəkir, buna görə onun döşləri “böyük” olub. O qeyd edib ki, Erinin ailəsi və özü dəfələrlə qıza cərrahi yolla döşlərini kiçiltməklə bağlı eyham vurublar. Ancaq Erin əməliyyatdan qorxduğunu açıqlayıb.
“Mən istəmirəm ki, toyum ilk növbədə insanların yaddaşında “gəlinin rəfiqəsinin nəhəng sinəsi vardı” fikri ilə qalsın”, – postun müəllifi etiraf edib.
Bundan başqa, Erinin bretelləri olmadan seçilmiş paltar geyinə bilməyəcəyinə görə bütün rəfiqələrinin oxşar geyimlərinin görünüşcə pozulacağından da narahat olub.
Naməlum xanım postun sonunda platformanın digər iştirakçılarından öz fikirlərini paylaşmalarını xahiş edib, əksəriyyət onu eqoizminə görə qınayıb.
“Sən əclafsan. Sən qəsdən tibbi səbəbə görə insanı toya çağırmırsan, halubki bu onun özündən asılı deyil. Təsəvvür edin, əgər o əlildir, yaxud əlləri protezdir, hər şeyi başa düşəcəksiniz”, – iştiraçılar yazıblar.