Evlərində zəngin kitabxana olan uşaqlar gələcəkdə daha savadlı və ağıllı olurlar. Bu qənaətə ispan alimləri apardıqları araşdırmalar nəticəsində gəliblər.
Araşdırmada göstərilir ki, evlərində ən azı 500 kitab olan uşaq daha mədəni atmosferdə böyüyür və daha zəngin dünyagörüşünə sahib olur. Bu səbəbdən, İspaniyanın bütün ziyalı ailələri evlərində kitabxana yaradaraq övladlarında kiçik yaşlardan oxumağa maraq oyadırlar.
Həmçinin, kitaba meyilli uşaqlar müasir qadjetlərdən uzaq olurlar ki, bu da onların əsəb sisteminə müsbət təsir edir.
Təhsil alanların bilik səviyyəsini ölçən PİSA-nın (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) apardığı araşdırmalarda göstərib ki, 15 yaşlı uşaq ildə azı 11 kitab oxuyursa, keçirilən testlərdə minimum 423 bal toplayır. PİSA sorğusunda hər 40 bal bir təhsil ilinin hər fənn üzrə ümumi nəticələrinə bərabər ölçülür.
Bu gün qədim köklərə malik və ya istənilən ispan ziyalısının evində azı 50 kitab və bir musiqi aləti var. Belə ailələrin övladlarının ümumi bilik səviyyəsi digərlərindən yüksəkdir.
İspaniya hökuməti ailələrdə kitab sayının və uşaqların kitaba marağının artırılması üçün müxtəlif sosial layihələr həyata keçirir. Bunlardan biri də gənclərin daha çox istifadə etdikləri metro vaqonlarında müxtəlif əsərlərdən kiçik hissələrin nümayişidir.