Portuqaliya vətəndaşının ölümü əsl detektivə çevrilib. Adı açıqlanmayan qadın boğazındakı ağrıya görə iki dəfə xəstəxanaya müraciət edib. Həkimlər ondakı əlamətləri soyuqdəymə kimi qəbul ediblər, halbuki rentgen heç bir patologiya aşkar etməyib. Bundan əlavə, onu psixiatr yanına göndəriblər. İş burasındadır ki, əri öləndən sonra qadının psixoloji problemləri olub. “Boğazda koma” hissi isə histerik bir pəhriz nəticəsində ola bilərdi.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, nəticədə xəstəyə soyuqdəyməni müalicə etmək üçün antibiotiklər yazılıb. Ancaq bir sutka sonra öz mənzilinin vanna otağında ölmüş vəziyyətdə tapılıb. Bu zaman onun boğazında yara, paltarında isə qan ləkəsi olub. Polislər ehtimal ediblər ki, qadını öz aşnası öldürüb.
Kişi real həbsxana həyatı ilə üzləşib, ancaq meyitin ekspertizası göstərib ki, ölümə səbəb qadının boğazında qalan 3,5 santimetrlik dişqurdalayan olub. Məhz o qadının orqanizmində iltihab prosesi yaradıb və nəticədə ürəyinin dayanması baş verib. Bədənindəki yara və qan onun yıxılanda başının döşəməyə dəyməsinin nəticəsi olub.
Ekspertlər qeyd edirlər ki, bu hadisə həkimlərin xəstələrin şikayətlərinə daha diqqətlə yanaşmalı və daha ətraflı müayinə aparmalı olduqlarını sübut edir.