Ərə getmək üçün ideal yaş – ARAŞDIRMA

Yeni araşdırmada  ailə həyatının uzunmüddətli və xoşbəxt olması üçün qızların ərə getmək yaşından bəhs olunur. Demək olar, qızların hamısından ailədə və dostlarının əhatəsində hər əlverişli bəhanədə sevgilisi ilə münasibəti və nə vaxt ərə gedəcəyi soruşulur.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, indi qızlar alimlərə istinadla deyə bilərlər ki, bunun üçün ən əlverişli yaş 28-dən 32-yə qədərdir.

 

Sən demə, əgər sən, əlbəttə, nikahdan sonrakı 5 il boyunca boşanmaq şansını azaldırsansa, məhz bu yaşda pasporta möhür vurdurmaq lazımdır. Bunu Amerikanın Yuta Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər.

 

Məlum olub ki, bu yaş aralığında ərə gedən qadınlar daha sabit və etibarlı ailə həyatı ilə öyünə bilərlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir