Araqla enerji içkisi içənlər, ölə bilərsiniz – XƏBƏRDARLIQ

Enerji içkiləri dünya bazarında mühüm yer tutur. Çox sayda insan tərəfindən sevilərək istifadə edilən bu məhsullar tərkibində kofein olan ətirli içkilərdir. Enerjili içkilər, xüsusilə tərkibində olan kofein maddəsinin insanları gümrah tutması ilə məşhurlaşıb. Sevilərək istifadə edilən bu içkilər zərərlidirmi? Xüsusən spirt ilə birlikdə istifadə ediləndə zərərləri görülən enerji içkiləri, ürək və əsəb xəstəliklərinə səbəb olduğu iddia edilir. Enerji içkiləri zərərlidirmi? Bu problemin cavabı nədir?

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, enerji içkilərinin zərərli və ya xeyirli olduğuna dair ekspertlər tərəfindən kifayət qədər araşdırma aparılmadığı üçün qəti bir şey demək mümkün deyil. Ancaq bəzi ekspertlərə görə, insanlara zərər verə biləcək təsirlərə malik olduğu deyilir. Yenə də rəsmi araşdırmalar olmadığı üçün dəqiq bir şey demək olmaz. Bəs enerji içkilərinin istifadəsi necə olmalıdır?

 

İdmançılar diqqət etməlidir

 

Xüsusilə idmançıların istifadə etdiyi enerji içkiləri, bəzən suyun əvəzinə istifadə edilir. Ancaq kofeinin bədəndəki su miqdarını itirməsi səbəbindən orqanizm susuz qalır.

 

Spirtli içkilərlə birlikdə istifadə etməyin!

 

Yenə tam olaraq araşdırma aparılmadığına görə spirtli içkilərlə birlikdə istifadənin ölümcül nəticələr doğura biləcəyi ilə bağlı qəti bir şey demək olmaz. Ancaq keçmişdə hər ikisini qarışdıran insanların həyatını itirdiyi məlum olan bir həqiqətdir.

 

Hamilələr istifadə etməməlidir

 

Xüsusilə də hamiləlik dövründəki qadınların istifadə etməsi ekspertlər tərəfindən qətiyyən tövsiyə edilmir.

 

(Visited 152 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir