Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Medpress.az-ın “report”a istinadən verdiyi məlumata görə, iki gün əvvəl 11 yaşlı Yusif İsmayılovun əlində fişəng partlayıb.
Nəticədə 11 yaşlı uşağın sol gözü zədələnib. O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib.