Duzda insanı öldürmək gücü var – ARAŞDIRMA

Yaponiyadan olan alimlər duzun təhlükəli hipertoniya xəstəliyinin inkişafına səbəb olduğunu müəyyənləşdiriblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, mütəxəssislər bildirirlər ki, duz hipertonikləri iflic, infarkt və ölüm həddinə çatdıra bilər. Ona görə də duzu az olan yeməklərlə qidalanmaq məsləhətdir.

 

Statistikaya görə, dünyada yaşı 25-dən yuxarı olan əhalinin 40 faizdən çoxu hipertoniyadan əziyyət çəkir.

 

Meyllilik və fizioloji xüsusiyətlərdən başqa qan təzyiqinin artmasında hər şeydən çox bişirilən duz (natrium xlorid) “günahkar”dır. Biz onu nə qədər çox yeyiriksə, natrium ionları daha çox qanın plazmasında toplanır. Buna görə qan dövranına cavab verən simpatik sinir sistemi fəallaşır.

 

Sinir hüceyrələrinin pərdələrində ötürücülər olan xüsusi natrium kanalları natriumun konsentrasiyasının dəyişməsinə cavab verir.

 

Yaponiyadan olan tədqiqatçılar müəyyən ediblər ki, dəyişmələrə cavab verən bəzi siçanların natrium kanalları yoxdur. Buna görə simpatik sinir sistemi natrium xloridin yüksək konsentrasiyası üçün qanda reaksiya vermir.

 

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir