Dünya rekordçusu oilan əkizlər doğuldu

Almaniyanın Köln şəhərində Oksana adlı qadın 97 gün fərqlə əkiz uşaq dünyaya gətirib.

 

Medpress.az xarici mətbuaya istinadla xəbər verir ki, qadın əkiz uşağa eyni vaxtda hamilə qalıb və hamiləliliyinin 6-cı ayında (26-cı həftəsi) olub. 2018-ci il noyabrın 17-də problemi yaranıb və həkimlər təcili qeysəriyyə əməliyyatı keçirməli olublar.

 

Liana adı verilən yeni doğulan körpənin çəkisi 900 qrama yaxın olub. Həkimlər ikinci körpənin nəzərdə tutulan vaxtda doğulması üçün ananın bətnindən çıxartmamağı qərara alıblar.

 

“Biz uşağa tam formalaşmaq imkanı yaratdıq”, – doğum şöbəsinin baş həkimi Uve Şellenberqer söyləyib. Bu il fevralın 22-də dünyaya Leoni adlı qız uşağı gəlib. Onun çəkisi 3,7 kiloqrama çatıb.

 

Oksana doğuşdan sonrakı bir neçə həftəni həkimlərin nəzarəti altında keçirib. Sonra onu evə buraxıblar.

 

Klinikanın məlumatına görə, əkizlər dünya rekordçularıdır. “Bizim araşdırmamıza əsasən, buna qədər 2012-ci ildə İordaniyada əkizlər 87 gün fərqlə dünyaya gəliblər”, – Şellenberqer vurğulayıb.

 

(Visited 322 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir