Bərdədə daha bir körpə ölümü baş verib.
Medpress.az bildirir ki, Bərdə rayonu, Muğanlı kənd sakini, 26 yaşlı Tükəzban İsmayıllının körpəsinin ölü vəziyyətdə ana bətnindən xaric olunması faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Qeyd edək ki, bu son günlər Bərdə Doğum evində baş verən 5-ci körpə ölümüdür. Fevralın 21-də Tərtər rayonu, Səhləbad kənd sakini, 38 yaşlı Gülxarə Əhmədovanın yeni doğulan oğlan uşağı, fevralın 24-ü Ağcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları, fevralın 27-də isə Tərtər rayonu, Qarağacı kənd sakini, 31 yaşlı Elnarə Abdullayevanın dünyaya gətirdiyi qız uşağı ölüb.(ona.az)